Beynəlxalq tədbirlərdə dalğalanan Azərbaycan bayrağı ölkəmizin siyasi qüdrətini əks etdirir

Beynəlxalq tədbirlərdə dalğalanan Azərbaycan bayrağı ölkəmizin siyasi qüdrətini əks etdirir Noyabrın 9-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva üçrəngli bayrağımızın milli mənəvi dəyərlərimizin təbliğ olunmasındakı rolundan söz açıb.
Rektor BMT-də, beynəlxalq tədbirlərdə dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü əks etdirdiyini bildirib. O, Azərbaycan gəncliyini dünyada baş verən neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı qorumağa çağırıb.
Rektor tarixboyu çətin sınaqlardan keçmiş Azərbaycan xalqının bu gün yaşadığı firavan həyata görə qürur hissi keçirdiyini deyib, bu inkişafın ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb.
Nurlana Əliyeva Azərbaycan bayrağının hər bir vətənpərvər insanın and yeri olduğunu deyib, əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.
Sonra BSU-nun tələbələri rus, polyak, bolqar, Ukrayna, Belarus, yunan, çex, türk dillərində bayraqla bağlı təbriklər səsləndiriblər.
Tədbir bədii hissə ilə davam edib. Tələbələr bayrağımıza həsr olunan şeir və mahnılar, milli rəqslər ifa ediblər.

BSU-nun Mətbuat Xidməti


Beynəlxalq tədbirlərdə dalğalanan Azərbaycan bayrağı ölkəmizin siyasi qüdrətini əks etdirirBeynəlxalq tədbirlərdə dalğalanan Azərbaycan bayrağı ölkəmizin siyasi qüdrətini əks etdirir

Oxşar xəbərlər