
Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbirdə layihənin məqsədi, mərhələləri, qaliblərin seçilmə prosedurları barədə məlumat verilib. Qeyd olunub ki, müsabiqə 24 nominasiya üzrə keçirilib. Qaliblər BDU-nun tələbələrinin səsverməsi yolu ilə müəyyənləşib.
Tədbirdə respublikanın elm, təhsil, mədəniyyət, idman sahəsində tanınmış nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
BDU-nun Mətbuat Xidməti





