Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları açıqlanıb

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları açıqlanıb Dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatlar açıqlanıb.
Mərkəz tərəfindən keçirilən imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.
Aşağıdakı cədvəldə imtahanda iştirak etmiş məzunlarının sayı 10-dan artıq olan ali təhsil müəssisələrinin göstəriciləri əks olunub.
İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə etmişdir. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.
Digər ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Təhsil-press.az


Oxşar xəbərlər