
Bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbirdə səslənib.
Dekabrın 27-də keçirilən yubiley tədbirində BDU-nun rektoru, akademik Abel Məhərrəmov liseyin fəaliyyətindən, qazandığı uğurlardan danışıb.
A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ölkəmizdə bu sahələrə xüsusi diqqət göstərildiyini söyləyib.
Akademik A.Məhərrəmov BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində təhsilin inkişafı istiqamətində həyata keçirilən uğurlu layihələrdən söz açıb.
Digər çıxış edənlər də liseyin fəaliyyətini yüksək dəyərləndirib, kollektivə uğurlar arzulayıblar.
Huseyn Şərifov







