Tədbir ADPU tələbələrinin himn səsləndirilməsi ilə açıq elan edilib, ardından ADDA və ADİU tələbələrinin birgə hazırladığı «Bayraq» kompozisiyası nümayiş olunub. ADİU tələbəsi Bayraq şeirini səsləndirərkən, ADDA tələbələri 3 rəngli bayrağımızı səhnəyə gətiriblər. Daha sonra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə fərqli dillərdə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" münasibətilə təbrikləri əks etdirən video çarx nümayiş edilib.
Fəxri qonaqlar siyahısında Azərbaycanın xalq artisti Fidan Hacıyeva da yer alıb. Tədbirdə çıxış edən Fidan xanım Hacıyeva Müslüm Maqamayevin Azərbaycan mahnısını ifa edərək qonaqlara xoş anlar yaşadıb.
Hikmət Əliyev



