31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edir, ən xoş arzularımı çatdırıram.
31 dekabr – tariximizin ən şərəfli günü kimi dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən yüksək səviyyədə qeyd edilərək həmrəylik nümayiş etdirilən mötəbər bir gündür.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızn bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Əminliklə demək olar ki, böyük öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti böyük uzaqgörənliklə və böyük əzmlə davam etdirir. Hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dövlət başçısı həmvətənlərimizə və bütün soydaşlarımıza ünvanladığı müraciətləri bu yöndə işlərin daha da gücləndiriləcəyinə, potensialdan maksimum yararlamağa çalışdığını bildirir.
Bir daha bu gün münasibətilə xalqımızı, dünyaya səpələnmiş 50 milyonluq soydaşlarımızı təbrik edir,onlara həyatda ən ülvi duyğular, ailə səadəti, xoş güzəran arzulayıram.

Azərbyacan Əmək və Sosial Münasibətlər
Akademiyası kollektivi adından
rektor - Hüseyn Qaraşov

Oxşar xəbərlər