BDU-nun yetirməsi Türkiyədə professor oldu

BDU-nun yetirməsi Türkiyədə professor oldu 1997-2001-ci illərdə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsində təhsil almış, adıçəkilən fakültədə müəllim və dosent vəzifələrində çalışmış Vüsalə Musalı hal-hazırda işlədiyi Türkiyə Respublikası Kastamonu Universitetində professor elmi adını alıb. BDU-da işlədiyi müddətdə 5 monoqrafyası, 80-dən artıq məqalə və məruzəsi işıq üzü görən V.Musalı BDU-nun rektoru, akademik Abel Məhərrəmova ünvanladığı məktubda uğurlarını bu təhsil ocağına bağlayaraq qeyd edir ki, “Kastamonu Universitetində professor elmi adını almağımda məzunu və əməkdaşı olduğum Bakı Dövlət Universitetinin rolu böyük var. Fəalliyyət göstərdiyim hər yerdə ölkəmizin, məzunu və əməkdaşı olduğum BDU-nun adını yüksəklərə qaldırmağa çalışmışam. Bakı Dövlət Univerisitetinin rəhəri olaraq Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayır, müəllimlərim və çox dəyərli kollektivimizə minnətdarlığımı bildiriəm”.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər