Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilinin payız semestri qış imtahan sessiyasının gedişini müşahidə etmək üçün “Açıq qapı” təşkil olunub.
Universitetin İctimai Şurasının üzvləri, KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun keçirildiyini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Sonra təhsil ekspertləri, media nümayəndələri universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. İmtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşən müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Hüseyn Şərifov


Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblərMedia nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər

Oxşar xəbərlər