
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 70,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 17-də 67,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 17-də 69,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.
Təhsil-press.az