Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmiri qəbul edib.
Qonağı ölkəmizdə, o cümlədən ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişafına əmin olduğunu söyləyib.
Rektor təəssüflə qeyd edib ki, türk dili, tarixi, mədəniyyəti, ədəbiyyatı kimi mövzuları özündə birləşdirən türkologiya elmi birləşdirici mövqedən çıxış edə bilmir, hər ölkə ayrıca olaraq bu istiqamətdə müəyyən işlər görür. Kamal Abdulla vurğulayıb ki, bu cür yanaşma qəbul edilə bilməz və türkologiyanın birləşdirici mövqedən çıxış etməsi üçün konkret addımların atılmasına ehtiyac var.
Azərbaycanda “Türkologiya” jurnalının buraxıldığını, jurnalın ciddi beynəlxalq uğurlar qazandığını söyləyən ADU rektoru maraqlı bir təşəbbüs haqqında məlumat verib: “Dünyanın müxtəlif ölkələrində türkologiya jurnalları çıxır. Biz o jurnalların redaktorlarını Bakıda toplamaq və “Türk dünyasında türkoloji dərgiləri” adı altında bir konfrans keçirmək niyyətindəyik. Bu böyük tədbirin iki ildən bir keçirilməsi planlaşdırılır. Həmin tədbirdə türkologiya sahəsində ciddi işlər görmüş alimlərə mükafatların verilməsi də nəzərdə tutulur”.
Türkologiya elmindəki xidmətlərinə, ciddi təşəbbüslərinə görə Kamal Abdullaya təşəkkür edən Cihan Özdəmir ADU-da olmaqdan məmnunluğunu dilə gətirib.
Azərbaycanda ilk dəfə olduğunu söyləyən qonaq ölkəmizin yüksək səviyyədə inkişafının onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb.
Türkologiya ilə bağlı Azərbaycanda dünya səviyyəli tədbirin keçirilməsi təşəbbüsünü alqışlayan qonaq tədbirin yüksək səviyyədə baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. Cihan Özdəmir Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi ilə ADU-nun əlaqələrinin daha yüksək səviyyəyə çatacağına əmin olduğunu da deyib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub.
ADU-nun Mətbuat Xidməti