Prezident İlham Əliyev: Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub (YENİLƏNİB)

Prezident İlham Əliyev: Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub (YENİLƏNİB) Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində böyük uğurlara nail olub.
Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.
Dövlətimizin başçısı qeyd edib: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir və düşünürəm ki, bu istiqamətdə böyük uğurlara nail olmuşuq. Neftin qiymətləri kəskin azalan zaman mən bildirdim ki, Azərbaycan üçün postneft dövrü artıq başlayıb və biz neft və qazı yaddan çıxarmalıyıq. Əlbəttə, biz hazırkı layihələri yerinə yetirməliyik, lakin əsas gəlir mənbəyi kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatına yönəlməliyik. Ona görə də biz ciddi islahatlar həyata keçirdik və artıq bu islahatlar yaxşı nəticələr göstərməkdədir".
Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qeyri-neft sektorunda 3 faiz artım, qeyri-neft sənayesində isə, demək olar, 4 faiz artım qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər