Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada sumqayıtlı jurnalistlərlə görüş keçirilib. Görüşdə Eyruz Məmmədov, Qüdrət Muğanlı, Rafiq Oday, Rafiq Yusifoğlu, İldırım Dəmirli, Kamal Almuradlı və digər mətbuat nümayəndələri, şairlər iştirak edib. Oxucuların suallarını cavablandıran jurnalistlər mətbuatın tarixi və hazırkı durumu haqqında geniş fikir mübadiləsi aparıblar. Sonda Respublikanın əməkdar jurnalistləri Qüdrət Muğanlı və Eyruz Məmmədov AJB-nin Sumqayıt təşkilatının fəxri diplomu ilə təltif ediliblər.
S.Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov iştirak edib. O, çıxış edərək, zorakılığın sosial aspektləri, səbəbləri, qadına qarşı zorakılığın hüquqi tərəfləri barədə söhbət açıb. Daha sonra hakim oxucuların suallarını cavablandırıb. Sonda tədbir iştirakçılarına “Qadına qarşı zorakılığa son!” adlı ədəbiyyat sərgisi üzrə icmal verilib.
Nizami Gəncəvi adına Kitabxana Klubda Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş Tovuzun ilk şəhid xanımı Rəhilə Qarayevanın xatirə gecəsi keçirilib. Tədbirdə şəhid Rəhilə Qarayeva haqqında geniş məlumat verilib və şəhidin şərəfli həyat yolundan bəhs edən video çarx nümayiş edilib. Sonra Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşı Elşən Qəhrəmanov, ıı qrup Qarabağ əlili Sahib Şamilov, 33 saylı məktəbin müəllimi, şəhid atası Zakir Zahid, Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşı Mirvari Məmmədova, MKS-nin direktoru Yeganə Əhmədovanın çıxışları dinlənilib. Fikrət Əmirov adına uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında musiqi nömrələri, 28, 33 saylı orta məktəbin şagirdləri və kitabxana klubun fəal oxucularının ifasında vətənə, şəhidlərə həsr olunan şeirlər, o cümlədən, şəhidin ailə üzvlərinin Rəhilə Qarayeva haqqında xatirləri tədbir iştirakçılarına duğulu anlar yaşadıb.
Mərkəzi uşaq kitabxanasında 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə balacalar üçün klassik əsərlər müəllifi S.Marşakın 130 illik yubileyi münasibətilə “Sehrli nağıllar aləminin kapitanı” adlı səhərcik keçirilib.Tədbirdə Samuel Yakovleviç Marşakın həyat və yaradıcılığı haqqında məlumat verilib, video-çarx izlənilib. Daha sonra şagirdlərin ifasında S.Marşakın “Axmaq siçan balasının nağılı”, “Bığlı, zolaqlı”, “Durğu işarələri”, “Pişik və tənbəllər”, “Tülkü və boz canavar”, “Top” şeirləri əsasında hazırlanan səhnəcik nümayiş olunub. Tədbir S.Marşakın “Gəmi” şeirinin sözlərinə bəstələnmiş mahnınının ifası ilə sona yetib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin şəbəkəsinə daxil olan kitabxanalarda silsilə tədbirlər keçirilib


Oxşar xəbərlər