Azərbaycan Universitetinin rektoru: Yeni hədəfimiz tədqiqatyönümlü ali təhsil müəssisəsi olmaqdır

Azərbaycan Universitetinin rektoru: Yeni hədəfimiz tədqiqatyönümlü ali təhsil müəssisəsi olmaqdır Elektron universitet modelinə keçid, ikili diplom proqramlarının tətbiqi və tədqiqatyönümlü universitet hədəflərinə nail olmaq qarşıda duran vəzifələr kimi müəyyənləşdirilib.
Bunu Azərbaycan Universitetində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bu ali məktəbin rektoru Səadət Əliyeva söyləyib.
S.Əliyeva ali məktəbin əldə etdiyi uğurlar, maddi-texniki bazanın yaxşılaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsil ocağının idarə olunmasının müasir tələblər səviyyəsində qurulması istiqamətində görülmüş işlər, həmçinin strateji inkişaf planında qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib.
Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov isə ötən il aparılan elm tədqiqatlar, keçirilən konfranslar, ali məktəbin beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, 2017-ci ildə universitetin elmi fəaliyyət sahəsində ən böyük uğuru dünyanın məşhur elmi qiymətləndirmə sistemi olan “Thomson Reuters” platformasına tam çıxış əldə etməsidir.
Diqqətə çatdırılıb ki, bu il aprelin 5-7-də Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə ölkə xaricində ilk beynəlxalq konfrans təşkil olunacaq. Latviyanın Liepaja Universiteti ilə birgə keçiriləcək “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) mövzusunda ikinci beynəlxalq elmi konfransın həmtəşkilatçısı seçilməsi Azərbaycan Universitetinin elm və təhsil müəssisəsi olaraq artan beynəlxalq nüfuzunun göstəricisidir.
Prorektor universitetin elmi nüfuzunun yüksəldilməsi, professor və müəllimlərin elmi potensialından daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçiriləcək stimullaşdırıcı tədbirlər haqqında da məlumat verib.

Mətbuat Xidməti


Azərbaycan Universitetinin rektoru: Yeni hədəfimiz tədqiqatyönümlü ali təhsil müəssisəsi olmaqdırAzərbaycan Universitetinin rektoru: Yeni hədəfimiz tədqiqatyönümlü ali təhsil müəssisəsi olmaqdır

Oxşar xəbərlər