
Bu gün ölkə başçısı Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.
Qeyd edək ki, F. Heydərovun sabah 80 yaşı olacaq.1983-cü ildən Naxçıvanın Mədəniyyət naziri işləyən Heydərov 1990-1995–ci illərdə Naxçıvan Ali Sovetinin deputatı olub.
Hazırda Milli Məclisin reginal məsələlər komitəsinin sədr müavini olan Fəttah Heydərov parlamentin bütün çağırışlarında deputat seçilib. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.


Tehsil-press.az