
Daha sonra Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova 50-60-cı illərdə insan haqları uğrunda baş qaldıran hərəkatların əsas məqsədinin irqi ayrı-seçkiliyə son qoymaq olduğunu deyib. O, qaradərililərin tarixi ayının Amerika tarixinin bir hissəsi olduğunu bildirib və bu hadisələri dərindən öyrənmək üçün insanların Birləşmiş Ştatlarda yerləşən Birmingemdəkı Vətəndaş Haqları İnstitutuna gəldiyini söyləyib: “Qaradərililərin ayı kimi məhz fevral ayının seçilməsinin əsas səbəbi prezident Avraam Linkolnun fevralın 12-si və Frederik Duqlasın fevralın 14-ü anadan olmaları ilə bağlıdır”.
Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin müəllim və tələbələri adıçəkilən tarixi dövrün məşhur simaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda dünyada ən müxtəlif sahələr üzrə şöhrət qazanmış qaradərili insanlar barədə videoçarx nümayiş olunub.
ADU-nun Mətbuat Xidməti



