BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında

BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında Filologiya fakültəsinin tələbə və gənc əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında iştirak ediblər. Konfransda Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları Anar Fərəcov və TEB-in sədri Pərvin Eyvazov, tələbə və gənc tədqiqatçılardan Nübar Abasova, Ülvi Mikayılov, Aynur Rzayeva, Kamilə Qədimli, Sevda Babayeva, Nərminə Fazilova, Sabah qruplarından Könül Tağızadə, Fidan Məmmədova, Rəhiməxanım Mürvətova, Elza Məmmədova, Gülnur Haqverdiyeva və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər. Qeyd edək ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkədən 1320 material göndərilib və bunlardan yalnız tələblərə uyğun olan 700 nəfər tədqiqatçının tezisi qəbul edilərək iki dildə çap olunub.

Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi


BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi KonfransındaBDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi KonfransındaBDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında

Oxşar xəbərlər