Tanınmış fransalı professor ADNSU-nun tələbələrinə seminar keçir

Tanınmış fransalı professor ADNSU-nun tələbələrinə seminar keçir Fransanın “Total” şirkətinin təcrübəli mütəxəssisi, Total Professorlar Assosiasiyasının üzvü Yan Bera Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft mədən fakültəsinin tələbələri üçün “Qazma texnikası və dəniz əməliyyatları” mövzusunda seminar keçir.
Həftə ərzində hər gün saat 10.00-dan 14.00-dək təşkil olunacaq bu dərslər universitet ilə şirkət arasında əməkdaşlıq haqqında razılaşma çərçivəsində reallaşdırılır.
Seminarlarda fəal iştirak edən tələbələr diplom və sertifikatla mükafatlandırılacaqlar.

Hikmət Əliyev


Tanınmış fransalı professor ADNSU-nun tələbələrinə seminar keçir

Oxşar xəbərlər