ADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olundu

ADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olundu Bildiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşıya qoyduğu əsas prioritetllərdən biri professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə lazımi imkanların yaradılmasıdır ki, bu sahədə universitet rəhbərliyi tərəfindən atılan əhəmiyyətli addımlardan biri ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fullbright proqramı çərçivəsində Lehigh Universitetinin professoru Jill Sperandionun ADPU-ya dəvət olunması və cari ilin yanvar-may aylarında universitetdə fəaliyyət göstərməsi olmuşdur.
Professor, universitetdə aparılan islahatları dəstəkləmək və planlaşdırmaq məqsədilə tədqiqatlar aparmış, tədris prosesinin modernləşdirilməsində, eyni zamanda yeni yaradılmış şöbələrin fəaliyyətlərinin təşkilinə dəstək göstərmişdir, həmçinin doktorantlar üçün “Tədqiqatın əsasları” mövzusunda təlimlər aparmışdır.
Fəaliyyət göstərdiyi müddətdə universitetin bütün fakültələri üzrə professor-müəllim heyəti üçün “Yeni öyrətmə metodları” mövzusunda sisilə seminarlar təşkil etmiş və iştirakçıların yeni metodlardan istifadə etməklə təqdim etdikləri dərs planını dəyərləndirmişdir.
Mayın 2-də Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə müvəffəqiyyət qazanmış müəllimlərə sertifikatların verilməsi mərasimi keçirildi. Tədbirdə universitet rəhbərliyi, ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri xanım Heidi Smith və təhsil üzrə mütəxəssis Ramina Mürşüdova, həmçinin professor-müəllim heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Jill Sperandionun ADPU-da fəaliyyəti dövründə gördüyü işlər haqqında qısa məlumat verdi və dəstəyi üçün xanım ekspertə, həmçinin ABŞ səfirliyinə xüsusi təşəkkürünü bildirdi, eyni zamanda bu kimi layihələrin davamlı olacağını iştirakçıların diqqətinə çatdırdı.
Sonra Jill Sperandio universitetdə olduğu 4 ay müddətində ona yaradılan şərait, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, həmçinin təlimlərdə fəal iştirak edən müəllimlərə ürək sözlərini çatdırdı və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Heidi Smith təlimlərdə fəal iştirak edən müəllim heyətinə ABŞ təhsil proqramları haqqında məlumat verdi və fəaliyyətlərində daha da uğurlu nəticələr əldə etmək üçün bu proqramlar vasitəsilə təcrübələrini artıra bilmə imkanlarından bəhs etdi.
Keçirilən təlimlərin nəticələrinə uyğun olaraq elan olunmuş müsabiqədə iştirakına görə müxtəlif fakültələrin 22 nəfər professor-müəlliminə sertifikatlar təqdim olundu.
İştirakçılardan Tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov bu tip proqramların müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında xüsusi rolu olduğunu vurğuladı. Müəllimlərdən Mətanət Əsgərova, Əsmət Teymurova, Səmayə Həsənova, Günay Əfəndiyeva, Şəhla Quliyeva, Rəhimə Məmmədova ürək sözlərini deyərək bu işin təşkilatçılarına təşəkkürlərini bildirdilər və bu kimi təlimlərin davamlı olmasını arzuladılar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olunduADPU-nun bir qrup professor-müəllimi sertifikatla təltif olundu

Oxşar xəbərlər