Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bayramı keçirilib

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bayramı keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Xızı və Zəngilan rayon nümayəndəliklərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX Kitab bayramı keçirilib.
Xızı rayon nümayəndəliyində keçirilən Kitab bayramında ümumilikdə 1500-ə yaxın “Dahi şəxsiyyət”, “Sehirli nağıllar”, “Doğma Qarabağım”, “Oxuyun ki, biləsiz”, “Yeni kitablar” və s. başlıqlı bədii, siyasi ədəbiyyat, o cümlədən xarici ölkə yazarlarının əsərləri, uşaq ədəbiyyatı, ensiklopediya və lüğətlər nümayiş olunub. Sərgidə həmçinin oxucuların əl işlərindən ibarət nümunələr də yer alıb.
Tədbir iştirakçıları Xızı rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin, eləcə də Uşaq bağçasının balaca fidanlarının ifasında mahnı və rəqs nömrələrini izləyib, R.İsmayılov adına orta məktəbin, Yeni Yaşma kənd orta məktəbinin, Xələnc kənd orta məktəbinin şagirdlərinin ifasında şeirləri maraqla dinləyiblər.
Tədbirdə oxucular arasında viktorina keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb.
Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Möhsün Bağırov çıxış edərək bayram münasibətilə oxucuları və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırıb.
Zəngilan rayon nümayəndəliyndə keçirilən kitab bayramında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qarabağ münaqişəsindən bəhs edən kitablar, o cümlədən, “Uşaqlar bizim gələcəyimizdir”, “Ana dilimizi qoruyaq” və digər başlıqlar altında, folklor, bədii ədəbiyyat, uşaq ədəbiyyatı nümunələri, eləcə də müxtəlif elm sahələrini əks etdirən 350-yə yaxın ədəbiyyat nümayiş olunub.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turızm idarəsinin Zəngilan rayon nümayəndəliynin baş məsləhətçisi Mehman Nəsirov, MKS-nin direktoru Məhruzə Cəfərova, Zəngilan yazarlarından Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Azəri, Mahir Cavadlı və Bartaz musiqi məktəbinin direktoru Çərkəz Nəsirli çıxış edərək ulu öndər Heydər Əliyev irsinin tarixi əhəmiyyətindən, onun və Prezident İlham Əliyevin mədəniyyətimizə və incəsənətimizə böyük diqqət və qayğısından danışıblar.
Daha sonra Zəngilan rayon 8 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, N.Nərimanov rayon 193 saylı tam orta məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevə, Vətənə, kitaba həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiya təqdim ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
Mətbuat xidməti


Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bayramı keçirilib

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bayramı keçirilib

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bayramı keçirilib

Oxşar xəbərlər