Xətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilib

Xətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilib Xətai rayonunda Heydər Əliyev adına parkda ümummilli iderin 95 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri, rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konsert başlamazdan əvvəl Heydər Əliyevin 95 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər etmiş, Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərinin, Belarusun paytaxtı Minsk şəhərinin Leninsk rayonunun və Yaponiyanın nümayəndə heyəti də qonaqlar üçün ayrılmış məkanda yer alıblar. Türkiyənin, Yaponiyanın və Belarusun ölkəmizdəki səfirləri yubiley tədbirinin iştirakçıları arasında olub.
Səhnəyə xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov Aşıq Əli, Aşıq Samirə, Namiq Qaraçuxurlu, Ramil Qasımov, Gülyaz və Rövşən kimi sənətçilər çıxıb.
Yaponiyadan gəlmiş müğənni Yamamoto Kyukonun Azərbaycan dilində oxuduğu “Sarı gəlin” mahnısı alqışlarla qarşılanıb. Belaruslu sənətçi Yevgeni Yermalkoviçin şən və ritmik mahnıları ilə yanaşı, tamaşaçıları Azərbaycan dilində salamlaması və onları təbrik etməsi izdihamı coşdurub.
Konsertin ən maraqlı nömrəsi isə türkiyəli müğənnilər Sərdar Ortacla Laradan gəlib. S.Ortac türk mahnıları ilə yanaşı, Azərbaycan bəstələrini də səsləndirib.
Konsertə atəşfəşanlıqla yekun vurulub.

Xətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilibXətaidə Heydər Əliyevə həsr olunan konsert keçirilib

Tehsil-press.az

Oxşar xəbərlər