“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar

“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı təşkil olunub.
Yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib. “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb.
Yarışın yekununda iştirakçılar medal və sertifikatlarla, müxtəlif kateqoriyalar üzrə qalib komandalar isə kuboklarla mükafatlandırılıblar. Yarışın çempionu - Bakı Avropa Liseyinin “RoboSapiens” komandası iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə iştirak edəcək.
Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir.

Hikmət Əliyev


“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar“ADA” Universitetində məktəblilər arasında keçirilən yarışın qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər