ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.
Rektor Cəfər Cəfərov çıxışında Elmi Şura üzvlərini Azərbaycan Xalq Cümhurriyyətinin qarşıdan gələn 100 illik yubileyi və müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Qeyd edib ki, bizim əsas məqsədimiz, başlıca hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadr hazırlığında liderliyi ələ almaqdır. Bu məqsədlə universitetdə islahatlar, yeni layihələr həyata keçirilir, professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təcrübəli və nüfuzlu mütəxəssislər cəlb edilir, müxtəlif kurslar, təlimlər və digər tədbirlər gerçəkləşdirilir. Biz stereotipləri qırmalı, təşəbbüskar, yenilikçi, müasir olmalı və ölkəmizin inkişafına öz töhfələrimizi verməliyik.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası barədə çıxış edib. Dosent E.Aslanov bildirib ki, imtahan sessiyası 1iyun-30 iyun 2018-ci il tarixində tərtib olunmuş cədvəl üzrə keçiriləcəkdir. Ümumilikdə ADPU-da 17270 nəfər tələbə təhsil alır. 1243 nəfər professor-müəllim və 1124 nəfər inzibati heyət olmaqla cəmi 2367 nəfər çalışır. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən həyata keçiriləcək və vahid mərkəzdən idarə olunacaqdır. Semestr və dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə mərkəzin ümumi təşkilatçılığı və koordinatorluğu ilə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 90 nəfər nəzarətçi əməkdaşdan ibarət İmtahan İdarəetmə Qrupu yaradılacaq. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icrası bu qrupa həvalə ediləcəkdir. Tələbələrin ədəbiyyatla təmin olunmasına, apelyasiya prosesində müəllimlərin davranışına, tələbələrin əlavə məsləhət saatlarına diqqət yetirilməlidir. İyunun 20-dən iyulun 5-dək isə Yekun Dövlət Attestasiyası təşkil olunacaq. İmtahan tələbənin qərarına əsasən test üsulu ilə və ya yazılı formada keçiriləcək. Kitabxana-İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. İmtahan sessiyası müddətində tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, media təmsilçilərinin imtahanların gedişini izləmələri üçün lazımi şərait yaradılacaq. Yaz semestrinin imtahan sessiyası və dövlət imtahanları ədalətli, şəffaf və obyektiv keçiriləcək.
Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edib. Dekan Ş.Əliyeva bildirib ki, fakültə öz fəalyyətində Təhsil Nazirliyinin və rektorluğun əmr və sərəncamlarının əsas götürüb və onların icrasına nəzarət edib. Hаzırdа fаkültənin əyаni şöbəsində 3 iхtisаs - “Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə sosial-psixoloji xidmət”, “Korreksiyaedici təlim”, qiyаbi şöbədə isə bir iхtisаs –“Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə kаdr hаzırlаnır. Həmin iхtisаslаrа dаir bаzа prоqrаmlаrı, dövlət stаndаrtlаrı və tədris plаnlаrı fаkültədə hаzırlаnıb. Fakültədə 1406 nəfər tələbə təhsil alır. 4 kafedra: Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrası, Yaş və pedaqoji psixologiya kafedrası, Korreksiyaedici təlim kafedrası, Ümumi psixologiya kafedrası fəaliyyət göstərir. Fakültədə 4 nəfər elmlər doktoru, 3 nəfər professor, 29 nəfər fəlsəfə doktoru, 16 nəfər dosent, 29 nəfər müəllim çalışır. Professor-müəllimlər çoxlu sayda dərslik və vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə veriblər. Tədris prosesi mövcud qaydalara uyğun qurulub. Tələbələrin davamiyyətinə ciddi nəzarət edilir. Tələbələr pedaqoji təcrübədə fəal iştirak edirlər. Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, tələbə elmi dərnəkləri fəaliyyət göstərir. Fakültədə müntəzəm olaraq elmi konfranslar, seminarlar, təlimlər və mədəni-kütləvi tədbirlər keçirilir. Eyni zamanda, fakültənin müəllimləri müxtəlif elmi tədbirlərdə iştirak edirlər. Tələbələr universitetin və ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edirlər. Məqsədimiz tələbələrin bilik və bacarıqlara dərindən yiyələnmələri, onların yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi formalaşmasıdır.
Dekan Ş.Əliyevanın çıxışında fakültədə mövcud olan ixtisaslar üzrə payız və yaz imtahan sessiyalarında qazanılmış müvəffəqiyyət və keyfiyyət göstəriciləri geniş təhlil edilib. Bu təhlil sayəsində Elmi Şura üzvləri tələbələrin tədrisi mənimsəmələri haqqında səhih məlumat əldə ediblər.
Elmi Şura pedaqogika üzrə elmlər doktoru Ş.Əliyevanın hesabatını qəbul edib.
İclasda Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində aparılan monitorinqin nəticələri barədə məlumat verib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə elmi rəhbərlər və elmi məsləhətçilərlə bağlı çıxış edib və müvafiq qərarlar qəbul olunub.
Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev Pedaqoji Təcrübə Komissiyasının qərarlarını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, Pedaqoji Təcrübə Komissiyasının qərarına əsasən yenidənhazırlanma təhsilində pedaqoji təcrübənin müddəti 2 həftə, qiyabi təhsilalma forması üzrə isə 14 həftə müəyyən edilib.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, professor Buludxan Xəlilov, professor Zahid Xəlil, professor Himalay Qasımov, professor Malik Cəbrayılov, professor Fərrux Rüstəmov, professor İramin İsayev, dosent Arzu Daşdəmirov, dosent Şahin Pənahov, dosent Laçın Həsənova və başqaları çıxış edərək imtahan sessiyasının təşkili və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı öz fikir və təkliflərini bildiriblər.
İclasda dosent attestatları, fəlsəfə doktoru diplomları təqdim edilib.
Sonda Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Oxşar xəbərlər