Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgi

Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgi Azərbaycan Universitetində yazar və jurnalist Dilqəm Əhmədin kolleksiyasındakı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi sənəd, şəkil, məktub, kitab və digər materialların sərgisi təşkil olunub. Tədbir Universitetin AXC auditoriyasında sərgi-mühazirə formatında keçirilib.
Dilqəm Əhməd bildirib ki, materialları əsasən Türkiyənin İstanbul şəhərində toplayıb. Burada mühacirlərin həyatda olan yaxınları və övladları ilə görüşmək imkanı əldə edərək onların şəxsi arxivlərində olan sənədləri əldə edib. O deyib: “İstanbul Azərbaycan siyasi mühacirlərinin ən çox axın etdiyi və yaşadığı şəhər idi. Buna görə də burada AXC dövrünə aid daha çox material əldə etmək mümkün oldu. Görüşdüyüm mühacir övladlarından biri bu yaxınlarda prezidentimiz tərəfindən “Dostluq” ordeni ilə təltif olunan Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdır”.
Qonaq daha sonra geniş prezentasiya ilə kolleksiyada yer alan hər sənədin tarixi və əldə olunması ilə bağlı iştirakçılara məlumat verib. Kolleksiyada cümhuriyyət dövründə qəbul edilə bilməyən qerbin orijinalı, Məmməd Əmin Rəsulzadənin Finlandiyada çəkdirdiyi şəkili, karandaşla çəkilmiş portreti, səhhəti haqqında dostlarına yazdığı məktublar, AXC-nin 9-cu ildönümü münasibəti ilə İstanbulda çəkilmiş şəkli, Cümhuriyyətin birinci ildönümündə Bakıda İstiqaliyyət küçəsindəki paraddan şəkil, Əlimərdan bəy Topçubaşovun orijinal fotosu, Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən Miryaqub Mirmehdiyevin Məmməd Əmin Rəsulzadəyə imzalı olaraq göndərdiyi şəkli, AXC-nin rəsmi qəzeti “Azərbaycan” qəzetinin redaksiya heyətinin şəkli, Rəsulzadənin dəfn şəkilləri və başqa bu kimi nadir sənədlər var.
Prezentasiyanın ardından iştirakçılar sənədlərlə tanış olublar.
Dilqəm Əhməd tədbirin sonunda kolleksiyasındakı bir parçanı Universitetin AXC auditoriyasına bağışlayıb.
Qeyd edək ki, Dilqəm Əhmədin AXC ilə bağlı topladığı materiallar əsasında indiyə qədər “Fərqlilər” və “Mühacirlərin dönüşü” olmaqla iki kitabı çap olunub. Tezliklə çap olunacaq üçüncü kitab isə “Bir ildən yüz ilə” adlanır.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgiAzərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgi

Oxşar xəbərlər