Paytaxt məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Paytaxt məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri bəlli olub.
IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqədə ümumilikdə 264 məktəbli iştirak edib. Nəticələrə əsasən, doqquz nəfər birinci, ikinci və üçüncü, beş nəfər isə həvəsləndirici yerlərə layiq görülüb.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin əsas məqsədi məktəbliləri milli mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər