Azərbaycan Dillər Universitetində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Dillər Universitetində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib Mayın 21-də Azərbaycan Dillər Universitetində (ADU) "Rusiya-Azərbaycan əməkdaşlığının yeni istiqamətləri: gənclər üçün perspektivlər və regional əməkdaşlıq" adlı növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir ADU-nun, Bakıdakı "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyinin və Rusiya-Azərbaycan Gənclər Təşəbbüsü "Mətbuat Klubu" Birliyinin təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masanın işində Rusiyanın və Azərbaycanın aparıcı ekspertləri-Elmi Araşdırmaların Dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qrigoriy Trofimçuk, "Caspian-Euraziya" Mərkəzinin rəhbəri Andrey Sızranov, politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov, Sputnik Azərbaycan Mətbuat Mərkəzinin rəhbəri İlqar Vəlizadə, Baku Network Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə, Rusiya-Azərbaycan Gənclik Təşəbbüsünün koordinatoru Şişkina Yekaterina, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, UNEC nümayəndələri - UNEC Rus dili kafedrasının müdiri, dosent Gülnarə Rzayeva, müəllimlər-Suad Babayev, Lalə Məmmədova, ADU-nin professor - müəllim heyəti iştirak ediblər.
ADU-nun Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) rəhbəri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev ADU rektoru, akademik Kamal Abdulla adından konfrans iştirakçılarını salamlayaraq konfransın işinin səmərəli və uğurlu olacağına inandığını deyib.
Elmi Araşdırmaların Dəstəklənməsi Fondunun Ekspert Şurasının sədri Qrigoriy Trofimçuk öz çıxışında bu cür tədbirlərin vacibliyini qeyd edib və ADU Rusiyaşünaslıq ETL-nın fəaliyyətini Rusiya sosial-mədəni, siyasi həyatının, hüquq sisteminin öyrənilməsi baxımından müsbət qiymətləndirib.
Konfransda universitetlər, gənclər təşkilatları və iki ölkənin ekspert mərkəzləri arasında humanitar əməkdaşlığın gücləndirilməsinin aktual məsələləri, xüsusilə iki ölkənin elm, təhsil və sosial-humanitar sahələrdə əməkdaşlığı, həmçinin Azərbaycan və Rusiyanın aparıcı universitetləri arasında tələbə mübadiləsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Dəyirmi masanın sonunda, Qrigory Trofimçuk "Xəzəryanı region dəyişən geosiyasi vəziyyətin təhlükəsizliyi fonunda" adlı treninq keçib, konfrans iştirakçılarına sertifikatlar verilib.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Dillər Universitetində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilibAzərbaycan Dillər Universitetində növbəti beynəlxalq elmi-praktik konfrans keçirilib

Oxşar xəbərlər