Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?

Prezidentin vəzifə verdiyi yeni rektor kimdir? Xəbər verdiyimiz kimi, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna bu gün prezident İlham Əliyev tərəfindən rektor təyin edilib. Bu vəzifə Məmmədov Ceyhun Valeh oğluna həvalə edilib.
1975-ci il təvəllüdlü Ceyhun Məmmədov 3 universiteti bitirib.
O, 1991-1994-cü illərdə Suriyanın Dəvət və İrşad institutunda, 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi Universitetində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsini bitirib. 2000-2002-ci illərdə isə Azərbaycanda Xəzər Universitetinin magistraturasında təhsil alıb.
C.Məmmədov ilahiyyat üzrə fəlsəfə doktorudur və Azərbaycan Dillər Universitetində dərs deyir. 1 kitab, 20 elmi məqalənin müəllifidir.
2001-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif şöbələrdə çalışıb. 2015-ci ildən bu günə kimi isə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsini tutub.

Prezidentin vəzifə verdiyi yeni rektor kimdir?

Tehsil-press.az

Oxşar xəbərlər