
Əmrdə ölkəmizin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əksini tapıb.
Təhsil-press.az