Məhəbbət Vəliyeva: "Son zəng" tədbirləri yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir

Məhəbbət Vəliyeva: İyunun 14-də Bakının bütün məktəblərində "Son zəng" tədbirləri keçiriləcək. Bu tədbirlər yalnız məktəb daxilində və iki saat ərzində keçirilməlidir.
Bu fikri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində təhlükəsizliyin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edir. “Hesab edirəm ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərində 11-ci sinfi təxminən 26 min şagird, 9-cu sinfi isə 27 min nəfərdən artıq şagird bitirir. İyunun 21-də Bakıda həm 9-cu, həm də 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcəklər. Həmçinin istər yerli, istər beynəlxalq nüfuzlu ali məktəblərə qəbul olunan və xüsusi nəticələri ilə seçilən şagirdlərimiz var. Bu hal bizi sevindirir. Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarının iki mərhələdə keçirilməsi abituriyentlər üçün çox geniş imkanlar yaradır. Ümid edirik ki, şagirdlərin göstəriciləri daha da yaxşılaşacaq”, - deyə M.Vəliyeva bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər