Bu il Azərbaycan Texniki Universitetini 2.178 gənc bitirib

Bu il Azərbaycan Texniki Universitetini 2.178 gənc bitirib İyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib.
AzTU tələbələrinin “Məzun Günü”ndə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İspəndiyar Əliyev, “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Bakı Metropoliteni QSC-nin Tədris Mərkəzinin rəisi Fuad Tağızadə və Bakı Dövlət Universiteti rektorunun müşaviri İsmayıl Əliyev də iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
AzTU-nun rector əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində universitetdə 2.178 məzun olub ki, onlardan 1.785-i bakalavr, 240-ı magistrant, 140 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 13-ü xarici ölkə vətəndaşıdır. Rektor əvəzi çıxışında qeyd edib ki, bu ilki məzunlardan 16 bakalavr və 34 magistrant universiteti fərqlənmə ilə bitirib.
Professor Xalıq Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. O, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Digər çıxış edənlər də Azərbaycanda təhsilin inkişafından, bu sahəyə olan dövlət qayğısından, həmçinin ölkə sənayesinin inkişaf etdirilməsi üçün texniki ali təhsilin vacibliyindən danışıblar.
Sonra universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.
“Məzun Günü” ədəbi-bədii kompozisiya ilə davam edib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər