SDU-da Məzun günü təntənə ilə qeyd edildi

SDU-da Məzun günü təntənə ilə qeyd edildi Ömrün qayğısız, bitməz-tükənməz, sevinc dolu tələbəlik illəri! Elə bil dünən idi arzuların çin olduğu gün! Bir zamanlar həsrətlə boylandığın ali məktəbin kandarına kövrək-kövrək, həm də qətiyyətlə qədəm basdığın gün! Çox qəribədir, bir vaxtlar hərarətlə qarşıladığın doğma universitet bu gün səni müstəqil həyata, xoş müjdəli gələcəyə pərvazlandırır!
İyunun 28-də Sumqayıt Dövlət Universitetinin həyətində möhtəşəm Məzun günü qeyd edildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə rektor, professor-müəllim, tələbə heyəti ilə yanaşı, valideynlər də iştirakı etdilər. Məzunlar sanki son dəfə doğma ocaqla, sevimli müəllimləri, tələbə həmkarları ilə birlikdə olmaq fürsətini əldən verməyib bu kövrək, həzin, sevinc dolu günün hər anını, dəqiqəsini gözlərə, könüllərə həmişəlik həkk etmək istəyirdilər.
Tədbiri rektor professor Elxan Hüseynov açaraq Məzun günü münasibətlə bütün məzunları ürəkdən təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti həm ölkəmizdə, həm də xaricdə böyük nüfuz qazanmışdır. Burada təhsilin səviyyəsi çox yüksəkdir. İnanıram ki, məzunlarımız gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaq, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklər. Doğrudan da, təhsil hər bir dövlətin gələcəyidir. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışmışdır. Ulu Öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir.Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu mütərəqqi ənənələri keyfiyyətcə yeni mərhələdə davam etdirərək universitetə xüsusi qayğı ilə yanaşır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup professor - müəllim “Əməkdar müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş, bu günlərdə Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə professorumuz Həsən Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. Cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır. Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq Dövlət Proqramları hazırda uğurla icra edilir. Son illər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən irimiqyaslı işlər bunu bir daha sübut edir. Rektor çıxışında onu da vurğuladı ki, Azərbaycan təhsili dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun yol ilə irəliləyir, böyük uğurlar əldə olunur. Hətta təhsil intellektual potensial əhəmiyyətinə və üstünlüklərinə görə bu gün zəngin təbii sərvətləri belə üstələyir. Dövlətçiliyin müasir dövrlə vəhdətdə inkişafı, təhlükəsiz və sabit yaşayışın təmini təhsil siyasətində ehtiva olunur. Təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini daha da artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilinin uğurları ilə ölkənin inkişafı üçün ixtisaslı kadr kimi formalaşmalıdır. Bu yolda sizə uğurlar diləyirəm. Təhsil aldığınız ali məktəblə hər zaman əlaqə saxlamağı və universitetin adını daima uca tutmağı arzu edirəm.Məzun gününüz bir daha mübarək, əziz məzunlar!!!
Tədbirdə elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman, mükafat və hədiyyələr təqdim olundu.
Sonra tələbələrin ifasında universitetin marşı səsləndi.
SDU-nun Ağsaqqallar şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov, valideynlər adından Əli Abbasov və universitetdə təhsil alan əcnəbi tələbələrin valideynləri adından isə Hüriyyə Aykan çıxış edərək məzunlara səmimi təbriklərini çatdırdılar və gələcəkdə elmin, təhsilin inkişafına, dövlətçilik və azərbaycançılıq ideyalarına şərəflə xidmət etmələrini arzuladılar.
Məzunlar adından İsmayıl Faxtiyev çıxış edərək göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlığını bildirdi. Təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən Elşad Əliyev və Çinarə Quluzadə rektor professor Elxan Hüseynovun təqdimatı ilə işlə təmin olunduqlarına görə dərin təşəkkürlərini bildirdilər və öz fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz verdilər.
Sevinc və fərəh, ayrılıq və nisgil dolu Məzun günü bədii hissə ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artisti Nüşabə Ələsgərli, tanınmış incəsənət xadimləri Əlikram Bayramov və digər gənc sənətçilər ifaları ilə məzunları təbrik etdilər.
Məzun günü bir ömür boyu yaşayacaq xoş xatirəyə çevrildi.
Yolunuz açıq olsun, əziz məzunlar!

SDU-nun Məbuat Xidməti


SDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildiSDU-da Məzun günü təntənə ilə qeyd edildi


Oxşar xəbərlər