Azərbaycan Kooperasiya Universitetində "Məzun günü" keçirildi

Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Kooperasiya Universitetində ali təhsillərini başa vuran tələbələr üçün "Məzun günü" keçirilmişdir. Müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsi və dövlət bayrağının meydana gətirilməsindən sonra açıq elan olunan tədbiri giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev davam etdirdi. F. Quliyev bildirdi ki, universitetimizi 1000-ə qədər tələbə bitirərək ali təhsilli vətəndaş adını almaq üzrədir. Həmin tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə savadlı mütəxəssis olduqlarını sübut edəcəklər. Şübhəsizdir ki, bizim müəllim kimi ən böyük arzumuzdur ki, tələbələrimiz universiteti bitirdikdən sonra ən yüksək səviyyədə fəallıq göstərsinlər, müəllimlərinin, bizlərin etimadını doğrultsunlar. Əminəm ki, bu belə də olacaqdır. Bu gün müasir gəncliyin məsuliyyəti böyükdür. Müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumaq və onun müstəqilliyinin əbədi olmasını təmin etməkdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı olan intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz, Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla bərabər beynəlxalq miqyasda da uğurları sıralayırlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Sonra çıxış edən məzunlar bildirdilər ki, təhsil aldıqları müddət ərzində universitetdə yalnız qayğı ilə təmin olunmuşlar. Yaradılmış şəraitə görə tələbələr universitetin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. “Məzun günü” incəsənət nümayəndələrinin müxtəlif ifa və nömrələri ilə davam etdirildi.

ADU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində "Məzun günü" keçirildiAzərbaycan Kooperasiya Universitetində "Məzun günü" keçirildiAzərbaycan Kooperasiya Universitetində "Məzun günü" keçirildiAzərbaycan Kooperasiya Universitetində "Məzun günü" keçirildi

Oxşar xəbərlər