
Bundan əlavə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləriAbşeron rayonu Mehdiabad qəsəbəsi uşaq misiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Lalə Qocayevanın şagirdləri azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər. Şagirdlər solo və ansambl ifalarla çıxış ediblər. Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova çıxış edərək ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramı ilə çıxışlarına görə minnətdarlığını bildirib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti





