Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin kollektivi Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Məktəbin müəllimlər ansamblı, şagirdlərdən ibarət nağaraçalanlar ansamblının və xor kollektivinin ifası, Qarabağ şikəstəsi, eləcə də, F.Əmirov (Prelüd №2), T.Quliyev (Rəqs), M.Heydərqızı (İlk beşiyim), Ə.Məmmədov (Mənim Azərbaycanım), A.Gəray (Şahnazsayağı), A.Səmədzadə (Azərbaycan), İ.Abdullayev (Payız), P.Bülbüloğlunun (Zəng et), İ.S.Bax (Zarafat), D.Kramer (Rəqs edən skripkaçı), Qranados (Pyes), Şopenin (Vals), əsərləri, tədbir iştirakçlları tərəfindən maraqla dinlənilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək artıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə start verildiyini, şəhərimizdə geniş konsert proqramının təşkil olunacağını bildirib. İdarə rəisi regional tədbirlər çərçivəsində keçiriən konsertlərin birgə fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində xor siniflərinin konserti keçirilib. Konsertdə məktəbin böyük xorunun ifasında Ü.Hacıbəyovun “Azərbaycan Dövlət Himni”, S.Kəriminin “Azərbaycan uşaqlarının himni”, N.Mirməmmədlinin “Salam III era” (dirijor Könül Mütəllimova), məktəbin kiçik xorunun ifasında R.Şəfəqin “Doğma Vətən”, O.Zülfüqarovun “Təndir çörəyi” (dirijor Yeganə Rəhimova), Ə.Sadıqovun “İlhamlı səhərlərim”, S.Ağayevanın “Əziz müəllimim” (dirijor Nuranə Əhmədova), C.Zülfüqarovun “Vətən hissi”, A.Dadaşovun “Ana torpaq” (dirijor Sevinc Muradova) və məktəbin şagirdlərdən ibarət xaq çalğı alətlərinin ansamblının ifasında “Heyratı” ritmik müğamı (ifaçılar: Əliyeva Rövşanə, Ağayev Rəvan və Nuruşov Namiq) dinlənilib. Konsertin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək iştirakçıları təbrik edib və fəqrənən müəllim və şagirdləri Fəxri Fərmanla tətif edib.
Q.Qarayev adına Uşaq Musiqi məktəbinin fortepano şöbəsinin şagirdləri Sumqayıt şəhər Musiqi kollcində konsert proqramı ilə çıxış edib. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Təranə Kərimova, İradə Bədəlova, Sevda Ələkbərli, Lalə Qocayevanın şagirdləri Azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər.Konsertin sonunda Musiqi kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək ifaçılara və onların müəllimlərinə minnətdarlığını bildirib və bu konsertlərin davamlı olmasını arzulayıb.
Q.Qarayev adına uşaq misiq məktəbində daha bir tədbir Hacı Xanməmmədovun 100 illik yubileyi münasibətilə keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlərinin ifasında bəstəkarın əsərləri ifa olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər