LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində görüş keçirilmişdir. Layihənin əsas məqsədi bu gün ölkədə yeni standartlara uyğun mühasibat uçotuna keçidlə bağlı universitetlərdə vahid tədris proqramının ilkin versiyasının hazırlanması, aidiyyatı qurumlara təqdim olunmasından ibarətdir.
Görüşdə Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva, Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov, BMU-nun baş müəllimi Sənan Hüseynzadə; “Sinam” MMC ERP sistemlərin tətbiqi şöbəsinin müdir müavini Elşən Şərifov, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi İsa Şəfiyev və universitetlərin müəllim heyəti iştirak ediblər.
İlk öncə tədbiri giriş sözü ilə açan birliyin sədri Solmaz Əliyeva layihə haqqında ətraflı məlumat verib. Daha sonra universitetlərdəki mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilmişdir.
Tədbir iştirakçıların müzakirələri ilə davam etdirilib və müxtəlif təkliflər səsləndirilib.

Mətbuat Xidməti

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİRLAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİRLAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİRLAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİRLAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİRLAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ VƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Oxşar xəbərlər