Bakı-Sumqayıt yolu yenidən bağlandı

Bakı-Sumqayıt yolu yenidən bağlandı Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər