“Magistr” jurnalının altıncı nömrəsi nəşr olunub

“Magistr” jurnalının altıncı nömrəsi nəşr olunub Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib.
Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
Jurnalın bu nömrəsi həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının online satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər