
Öncə telekanal, daha sonra partiya və polis idarəsinin binasını yandıran etirazçılar, axşam saatlarında İranın konsulluq binasını atəşə veriblər.
Polislərin sərt müdaxilələri nəticəsində 3 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Onlardan 26-sı mərmi yarası alıb.
Aksiyaçılar ictimai binalara da zərər verməyə başlayıblar.
Qeyd edək ki, 8 iyuldan etibarən başlayan aksiyalarda yerli xalq kommunal xidmətlərin göstərilməməsinə, elektrik və suyun verilməməsinə, korrupsiyaya etiraz edirlər. Son iki ayda 20-dən çox aksiyaçı ölüb.
Tehsil-press.az