
Məktəbin direktoru Respublikanın əməkdar müəllimi İkram Manafov tədbirdən öncə çıxış edərək, Milli Musiqi Günü və eyni zamanda yeni dərs ilinin başlanması münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Tədris işləri üzrə direktor müavini nəzəriyyəçi Nəzakət Vəliyeva dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açıb.
Daha sonra məktəbin xalq çalğı alətləri, xanəndəlik və vokal şöbəsi müəllim və şagirdlərinin ifasında musiqi nömrələri ifa olunub, bəstəkarın “Leyli və Məcnun”, “Arşın mal alan” , “O olmasın, bu olsun” opera və operettalarından səhnəciklər təqdim olunub.
Mətbuat Xidməti



