
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva artıq bir neçə ildir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdıraraq, təşkil olunan tədbirlərdə məktəb kollektivinin böyük heyətlə iştirakına yaradılan şəraitə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən nazir cənab Əbülfəs Qarayevə minnətdarlığını bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə məktəbin “Nağaraçılar” ansamblının çıxışı, xaıq çalğı alətləri ansamblının ifasında Tofiq Quliyevin və digər Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də, xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda mətəktəbin direktoru əməkdar müəllim İkram Manafov səmimi qarşılanma və yüksək səviyyədə təşkilati şəraitin yarasılmasına görə təşəkkür edib.
Tədbirdə iştirak edən Marneuli şəhərinin meri-Temur Avazov, Marneuli bələdiyyəsinin sədri-Amiran Kevorqadze, Gürcüstanın Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri- Ayaz Məmmədov, Bölgə qubernatorunun müavini-Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı-Fəxri Hacıyev və başqaları məktəb kollektivinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti
