Azərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıb

Azərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkil etdiyi “İdeyadan biznesə” startap yarışmasında qalib gələn tələbələrlə görüşüb.
Tələbələri təbrik edən X.Yahudov AzTU-da mükəmməl startap ekosisteminin formalaşdığını bildirib. Diqqətə çatdırıb ki, texniki yönümdə təhsil alan tələbələrin ideyalar irəli sürməsi və bu ideyalar ətrafında birləşərək komanda formalaşdırması, həmin komandaların isə layihə tərtib edib biznes plan hazırlaması sənayemiz üçün yaxın gələcəkdə böyük impulsa çevriləcək.
Daha sonra tələbələr layihələri ilə bağlı apardıqları iş prosesi haqqında məlumat veriblər. Görüşdə növbəti mərhələyə - respublika finalına, eləcə də “Bakutel-2018” sərgisinədək görüləcək işlər müzakirə olunub.
Məlumat verilib ki, AzTU-nun “Just-Discover and live it”, “EAGLE 2” və “Miracl crystale” komandaları “Bakutel-2018” sərgisində prototiplərini nümayiş etdirəcəklər.
“Just-Discover and live it” və “EAGLE 2” komandaları isə həm də respublika finalına qatılacaqlar.
Qeyd edək ki, “Just-Discover and live it” və “EAGLE 2” komandaları Bakıda yerləşən universitetlərin komandaları arasından seçilərək 8 qalib komanda arasında yer alıblar.

AzTU-nun. Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıbAzərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıbAzərbaycan Texniki Universitetində mükəmməl startap ekosistemi formalaşıb

Oxşar xəbərlər