
VI Bakı Beynəlxalq Humanitar Forumunun latviyalı iştirakçısı Uldis Villeress deyib. Bildirib ki, artıq əczaçılıq sahəsində biznesi var. Sumqayıtda yerləşən əczaçılıq şirkətində müxtəlif dərmanlar istehsal olunur.
Latviyalı gənc biznesmen vurğulayıb ki, Azərbaycan beynəlxalq əməkdaşlıq qurmaq üçün əla məkandır. Burada biznesi inkişaf etdirmək və genişləndirmək imkanları çoxdur.
“VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü, eləcə də Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı çox maraqlı keçdi. Düşünürəm ki, bu təşkilat bizim daha sıx əlaqələr qurmağımız üçün faydalı olacaq”, - Uldis Villeress əlavə edib.
ADA-nın Mətbuat Xidməti