Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalar arasında Bayraq gününə həsr olunmuş "Ən qiymətli sərvətimiz Vətəndi" adlı bədii qiraət müsabiqəsi keçirilib. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, MİHİ Sumqayıt bölməsinin əməkdaşı Tamara Axundova və S. Vurğun adına Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadədən ibarət Münsiflər heyəti tərəfindən bədii qiraətçilərin çıxışı dinlənilib və qaliblər müəyyənləşdirilib. Münsiflərin yekun rəyinə görə müsabiqədə 1-ci yerə Roza Xəlilova, Nurgün Allahverdiyeva, Mehrəngiz Qurbanova, Mətanət Qafarlı, Zümrüd Cəfərli, II yerə Mələk Cəbrayılova, Aysur Mehdizadə, Ləman Qafarova, Nuray Məmmədli, III yerə Yusif Yusifzadə, Fərid Dərgahquliyev layiq görülüb. Qaliblər və fərqlənənlər Sumqayıt şəhər MKS və Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər kоmitəsi tərəfindən mükafatlandırılıblar.
Sumqayıtın Tarixi Muzeyində 35 saylı orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə muzeyin əməkdaşı Səidə Səfərova Azərbaycan bayrağının yaranması, tarixi, keçdiyi çətin və şərəfli yolu haqqında iştirakçılara geniş məlumat verib. 5 saylı məktəbin kütləvi işlər üzrə direktor müavini Salam İsmayılzadə tədbirin təşkilatçılarına təşəkkür edib, gənc nəslin milli mənəvi dəyərlər əsasında formalaşmasında belə tədbirlərin müstəsna rol oynadığını qeyd edib. Tədbir boyu 35 saylı orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompozisiya; bayraq haqqında səhnəciklər göstərilib, şeirlər və mahnılar səsləndirilib. Məktəblilərin ifasında Azərbaycan şairlərinin vətənə, bayrağa həsr olunmuş şeirləri dinlənilib. Tədbirdə nümayiş olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Hər birimiz Mübarizik, Fəridik” adlı kompozisiya böyük marağa səbəb olub. Tədbir boyu bədii kompozisiyanın motivlərinə uyğun hazırlanmış videoçarx nümayiş olunub.
Corat qəsəbə mədəniyyət evində C.Cabbarlı adına mədəniyyət evi ilə birgə bayram tədbiri keçirilib. Tədbirdə gənc solistlər İbrahim Fərzəliyev, Təranə Nurlu, Əli Əliyev, İlahə Hüseynova, Loğman İsayev, Səlimə Paşazadənin ifasında vətənpərvər ruhlu mahnılar, bədiyyəçilər Zaur Vəfalı və Ədalət Dağlının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə həmçinin “Turan” rəqs qrupunun ifasında rəqs nomrələri və “Günəş” uşaq baxçasının fidanlarının ifası alqışlarla qarşılanıb.
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb. Sonra Bayraq gününün təsis oluması və bu günün mahiyyəti haqqında ətraflı məlumat verilib. Daha sonra məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri tərəfindən qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqi nümunələri ifa olunub. Tədbir maraqla qarşılanıb.
Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində keçirilən bayram tədbirdə məktəbin xor kollektivinin çıxışı dinlənilib, xalq çalğı alətləri ansamblının ifasında xalq və bəstəkar mahnıları səslənib. Məktəbin şagirdləri bayrağa həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar oxuyublar. Sazda ifa olunan aşıq musiqiləri tədbiri daha da rövnəqləndirib.
Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində keçirilən bayram konsertində məktəbin xanəndə sinfinin şagirdləri Valeh Əsədullayev «Qarabağ Şikəstəsi», R.Mustafayevin «Bağlıyam», Günay Hüseynova-Üzeyir Hacıbəyovun «Çırpınırdın Qara dəniz», Hacı Qəhrəmanov və Cəsur Təhməzli-B.Nəsibovun «Qarabağ» v.s. mahnıları ifa ediblər. Tədbirdə həmçinin məktəbin təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərginin nümayişi, saz sinfinin şagirdlərinin ifası, xor və rəqs kollektivlərinin çıxışları maraqla qarşılanıb.
Xızı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Sumqayit Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi-baş məsləhətçi Mönsüm Bağırov çıxış edərək Dövlət Bayrağının keçdiyi keşməkeşli tarixi yollardan söz açıb. Tədbirdə Dövlət Bayrağının 100 illlyinə həsr olunmuş “100 il dalğalanan uca bayrağım!” adlı video-rolik nümayiş etdirilib. Daha sonra R.İsmayılov adına Xızı şəhər orta məktəbinin şagirdlərinin ifasında şeirlər və mahnılar səslənib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Bayraq Günü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər