25 nəfər bir-birini qucaqlayıb yandı - Yanğın dəhşəti

25 nəfər bir-birini qucaqlayıb yandı - Yanğın dəhşəti Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb. 77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb.
Yanğın baş verən zaman Afinaya səyahət edən Giannis Labropoulos gördüklərini BBC-ə danışıb:
“20 metr uzağı görmək mümkün deyildi. Bir anda istini yanımızda hiss etdik və yanğın olduğunu gördük. Yanğın çox sürətli yayılmağa başladı və mən gördüklərimə inana bilmirdim”.
Ən böyük dəhşət isə Mati kəndində yaşanıb. Belə ki, yanğından qaçmaq istəyən 25 nəfər sıldırım qayalığa qalxıb. Ya oradan tullanmaq, ya da kı yanaraq ölmək arasında seçim etməli olan sakinlər bir-birinə qısılaraq son ana kimi qayada xilas olmağı gözləyib. Ancaq saatlar sonra əraziyə enə bilən xilasetmə əməkdaşları aralarında uşaqların da olduğu həmin 25 nəfərin bir-birini qucaqlamış halda cəsədlərini tapa bilib.
Yanğın zamanı Matidə olan George Vokos və ailəsi dənizə tərəf qaçaraq həyatda qalmağı bacarıb:
“Maşınlarımı və evimi itirdim. Ancaq ən dəhşətlisi orada yaşananlardır. İki qadın qucağımda can verdi. Xoşbəxtlikdən mən sağ qala bildim”.
Ancaq dənizə qaçanlardan hamı sağ qala bilməyib. Belə ki, bu yolu seçən yüzlərlə insanı dənizdə yüksək dalğalar qarşılayıb. Odur ki, xeyli insanın dənizdə itkin düşdüyü və boğulanların olduğu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər