
Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.
2018-2019-cu tədris ili boyunca keçirilməsi nəzərdə tutulan festival çərçivəsində 2 müsabiqə təşkil olunacaq.
Respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri dekorativ-tətbiqi sənət, dram və ekologiya istiqamətləri üzrə müsabiqələrdə iştirak edəcəklər.
Tehsil-press.az