Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub

Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub Azərbaycan Universitetinin tələbələri tərəfindən ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyəti üçün yeni ilə həsr olunmuş “Dünya ölkələrində yeni il” (New Year around the world) adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tələbələr tədbirə Xarici dillər kafedrasının müəllimlərinin rəhbərliyində hazırlaşıblar. Kompozisiyanın ssenari müəllifi kafedranın müdiri Samirə Məmmədovadır.
Kompozisiya Xarici dillər kafedrası tərəfindən tədris olunan alman, ingilis, çin, ərəb və Azərbaycan dillərində hazırlanıb. Dünyanın müxtəlif xalqlarının yeni ili qarşılama adətlərini əks etdirən nümayişdə maraqlı səhnəciklər və musiqi nömrələri təqdim olunub. Qeyd olunub ki, hər ölkə fərqli adət-ənənələrlə hazırlaşsa da, hər kəs yeni ilə yeni ümidlər, yeni arzular, yeni uğurlar və ən əsası da xoşbəxtlik arzusu ilə qədəm qoyur.
Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tələbələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbrik edib, xatirə şəkili çəkdirib.
Kompozisiyada Hümanitar fənlər, Biznes və iqtisadiyyat fakültələrinin tələbələri iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub
Azərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunubAzərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunubAzərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunubAzərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunubAzərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunubAzərbaycan Universitetində yeni ilə həsr olunmuş kompozisiya nümayiş olunub


Oxşar xəbərlər