Azərbaycan Universitetində "Tillinin Milad bayramı” hekayəsi səhnələşdirilib

Azərbaycan Universitetində Azərbaycan Universitetində Luiza Mey Alkotun "Tillinin Milad bayramı” (Tilly's Christmas by Louisa May Allcott) hekayəsi səhnələşdirilib. İngilis dilində təqdim olunan tamaşanı Humanitar fənlər fakültəsinin Tərcümə (İngilis dili) ixtisası üzrə təhsil alan tələbələri canlandırıb. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan tamaşaya tələbələr Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova və kafedranın müəllimi Fəzilə Zakirovanın rəhbərliyində hazırlaşıblar.
Hekayənin qəhrəmanı Tilly yolda tapdığı yaralı quşu evinə aparır və sağaldır. Elə həmin gecə Tilly bayram arzusu tutur və yatır. Səhər oyananda isə bütün arzularının gerçəkləşdiyini görür.
Tamaşanı Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da izləyib. Rektor əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Səadət Əliyeva qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan Universitetinə yeni il ab-havası gətirib: “Mən fürsətdən istifadə edərək Azərbaycan Universitetinin kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, süfrələrə bərəkət, ölkəmizə əmin-amanlıq və qələbə arzulayıam”.

Tamaşada iştirak ediblər:

· Nigar Rəhimova – Tilly (Tərcümə, II kurs)
· Nərgiz Ağayeva – Kate (Tərcümə, III kurs)
· Mehriban Rüstəmova – Bessy (Tərcümə, IV kurs)
· Vəfa Axundova - Tilly's mother (Tərcümə, IV kurs)
· Nurlan Vəlizadə - Mr. Kinq (Tərcümə, I kurs)
· İslam Şirəliyev – Driver (Tərcümə, I kurs)
· Sitarə İsmayılova – Müəllif (Tərcümə, IV kurs)
· Səbinə Məmişova – DJ (Tərcümə, IV kurs)
· Elnurə Vəkilova – Cup Song (Tərcümə, III kurs)
· Yusif Yusifzadə - Cup Song və gitara (Tərcümə, IV kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi
Tel: (+99412) 431 41 12 (133), 055 220 40 58


Azərbaycan Universitetində "Tillinin Milad bayramı” hekayəsi səhnələşdirilibAzərbaycan Universitetində "Tillinin Milad bayramı” hekayəsi səhnələşdirilib

Oxşar xəbərlər