Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə daha bir Azərbaycan milli qadın geyimi – küləcə daxil edilib.Küləcə İrəvan bölgəsinə aid olan əl işidir, üzü qələmkar parçadan, astarı çitdəndir. Geyim XIX əsrin sonlarına aiddir. Eksponat Azərbaycan xanımlarının geyim mədəniyyətini, estetik zövqünü öyrənmək baxımından əhəmiyyətlidir.
Tehsil-press.az













