Azərbaycan Milli Geyim Mərkəzinin libasları Nigeriyada təqdim olunub

Azərbaycan Milli Geyim Mərkəzinin libasları Nigeriyada təqdim olunub Nigeriyanın Laqos şəhərində Nigeriyanın Müstəqillik günu ilə əlaqədar Banana Mədəniyyət Festivalı keçirilib.
Festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya, Ruanda, Keniya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib. B.Bayramov bildirib ki, qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər. Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.
Festivalda dəb dəfiləsində Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin libasları böyük maraqla qarşılanıb. Qonaqlara milli rəqslərimizdən “Qavalla rəqs” və Azərbaycanın ləziz yeməkləri- dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub.
Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib.

Azərbaycan Milli Geyim Mərkəzinin libasları Nigeriyada təqdim olunubAzərbaycan Milli Geyim Mərkəzinin libasları Nigeriyada təqdim olunub

Təhsil-press.az

Oxşar xəbərlər