Əfqanıstan səfiri AzTU-da

Əfqanıstan səfiri AzTU-da Görüşdə bu ölkənin universitetləri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
Fevralın 14-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenai Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov səfir Xeyrullah Spelenaiyə universitetin tarixi, müasir inkişaf istiqamətləri, fakültələri, ixtisasları və elmi-texniki potensialı haqqında geniş məlumat verib. Ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrinə diqqət çəkən professor Sübhan Namazov Əfqanıstanlı gənclərin AzTU-da texnikanın müxtəlif sahələri üzrə təhsil alma imkanlarından danışıb. Bu günədək 40-a yaxın Əfqanıstan vətəndaşının AzTU-da təhsil aldığını qeyd edən prorektor, əlaqələrin inkişaf etdirilməsinin və Əfqanıstan universitetləri ilə müxtəlif formatlarda əməkdaşlıqların qurulmasının vacib olduğunu bildirib.
Tələbəlik illərinin Azərbaycanda keçdiyini deyən səfir Xeyrullah Spelenai AzTU-nun potensialına bələd olduğunu və bu universitetlə əməkdaşlığın Əfqanıstan üçün böyük fayda verəcəyini qeyd edib. Səfir bildirib ki, Əfqanıstanda hazırda texniki sahənin, demək olar ki, bütün sferalarında mühəndis kadrlara böyük ehtiyac var.
Görüşdə AzTU-nun beynəlxalq əlaqələri və tərəfdaş olduğu beynəlxalq layihələr çərçivəsində Əfqanıstan universitetləri ilə əməkdaşlıq imkanları da müzakirə edilib.
Daha sonra səfiri Xeyrullah Spelenai AzTU-nun Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolarla tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər