
Sonra söz layihə rəhbəri Nərmin Əhmədliyə verilib. O, layihə haqqında ətraflı məlumat verib, iştirakçılara layihənin icrası zamanı zəngin və praktiki biliklərin çatdırılacağını deyib.
Daha sonra "Xərçəngin yaranma səbəbləri" mövzusu ətrafında müzakirələr aparılıb. Müzakirələrdən sonra Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Ümumi psixologiya kafedrasının müəllimi, psixoloq Gülər Məmmədova çıxış edərək bu xəstəliklə mübarizə aparan şəxslərin psixoloji vəziyyəti, onlarla düzgün davranış qaydaları haqqında dəyərli məlumatlar verib.
Sonda isə söz II tədris ili tələbəsi Səbuhə Cabbarovaya verilib. Onun çıxışından sonra Nərmin Əhmədli layihənin ilkin mərhələsi haqqında yekun fikirlərini bölüşüb.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
